Dünya Bankı bu il yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Rusiya iqtisadiyyatının son 11 ilin ən kəskin – 6%-lik azalmaya məruz qalacağını proqnozlaşdırır.
“APA-Economics”in Dünya Bankının “Global Economic Prospects: Europe and Central Asia” adlı hesabatının iyun buraxılışına istinadən verdiyi məlumata görə, bankın bundan öncəki proqnozunda Rusiya iqtisadiyyatının 1,6% artacağı göstərilmişdi.
Dünya Bankı Rusiya iqtisadiyyatının gələn il qismən bərpa olaraq 2,7% artacağını gözləyir.
Hesabata görə, Rusiyada ÜDM-in kəskin enməsinin əsas səbəblər kimi, koronavirus pandemiyasının mənfi təsiri, neft qiymətlərində mart ayında azalması, habelə bu azalmanın dayandırılması üçün OPEC ilə razılaşdırılan neft istehsalının ixtisar müddətinin uzadılmasına üzrə götürülən öhdəliklər göstərilir.