“Rusiya iqtisadiyyatını çökdürmək planları iflasa uğradı”- VOLODİN

“ABŞ və Avropa İttifaqının 2022-ci ildə Rusiya iqtisadiyyatını sanksiyalar vasitəsilə çökdürmək planları iflasa uğrayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, prezident Vladimir Putinin yaratdığı siyasi sistem və iqtisadi model sanksiyalara tab gətirərək effektivliyini sübut edib.

“Ötən il Vaşinqton və Brüssel ölkəmizin iqtisadiyyatının çökəcəyini proqnozlaşdırdı. Onların planları iflasa uğradı”, – Volodin deyib.

O, vətəndaşlar qarşısında bütün sosial öhdəliklərin yerinə yetirildiyini, işsizliyin 3,7 faizlə tarixi minimum həddə olduğunu vurğulayıb: “Ölkədə inflyasiya Polşada 16,1, Çexiyada 17,2 faizə qarşı 12,19 faizdir. Bundan başqa, 100 milyon kvadratmetr mənzil istifadəyə verilib ki, bu da sovet dövründən bəri rekord göstəricidir. 2022-ci il həm də yol tikintisi və taxıl yığımı (150 milyon ton) baxımından ən yaxşı il olub. Rusiya buğda ixracına görə də dünya lideri olub”.

Azpost.info

Əvvəlki məqalə

Sülhməramlıların növbəti avtomobil karvanı Laçın yolundan keçib

Sonrakı məqalə

“Bakıya, Sumqayıta qayıtmaq istəyən ermənilər gəlsinlər, amma…” –