“Rusiya İrandan qısamənzilli ballistik raketlər alacaq”- “Wall Street Journal”

Rusiya İrandan qısamənzilli ballistik raketlər alacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazır.

Nəşrin məlumatına görə, silahlar yazda çatdırılacaq.

“Birləşmiş Ştatlar Rusiyanın İrandan qısamənzilli raketlər əldə etmək üzrə danışıqlarının irəli getməsindən narahatdır”, – ABŞ rəsmilərindən biri deyib.

Mənbələrin bildirdiyinə görə, Rusiyanın raketlər əldə etmək istəyi hələ ötən ilin dekabrında Rusiya nümayəndə heyəti silahlarla tanış olmaq üçün İranın poliqonuna səfərə gələndə məlum olub.

Analitiklər hesab edir ki, Rusiya Ukrayna infrastrukturunu məhv etmək imkanlarını genişləndirmək üçün İran raketlərindən istifadə edir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.