Rusiyanın Bakıdakı konsulluğunun nümayəndəsi “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları - direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovla görüş keçirib. AzPost bildirir ki, bu barədə “Sputnik -Yaxın xaric" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, görüş zamanı konsul jurnalistlərin saxlanma şəraitini yoxlayıb. Qeyd olunub ki, saxlanılan şəxslər lazımi dərman preparatları və qida ilə təmin olunub

AzPost.az