“Rusiya KXDR-dən 1 milyondan çox artilleriya mərmisi alıb”– Ukrayna lideri

“Rusiya İrandan pilotsuz təyyarələr alır, raketlər üzrə danışıqlar aparır və artıq KXDR-dən 1 milyondan çox artilleriya mərmisi alıb”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bu gün Estoniya lideri Alar Karislə Tallində keçirdiyi birgə mətbuat konfransında deyib.

“Buna görə də hərbi əməliyyatların dayandırılması münaqişəni dondurmayacaq, bu, yalnız Moskvaya yeni silahlar əldə etməyə və Ukraynaya hücumları davam etdirməyə hazırlaşmağa kömək edəcək”, – Zelenski bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ötən il Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz nəql edib

Sonrakı məqalə

GUAM PA-ya sədrlik Azərbaycana keçib