Rusiya Lvovda neft bazasını və zavodu raketlə vurub
“Lvova növbəti raket hücumları nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib”.
Azpost.info bildirir ki, bunu Lvov meri Andrey Sadovıy Telegram-kanalda yazıb.
“Lvova endirilən yeni raket zərbələri nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Yaşayış binalarına ziyan dəyməyib”, – deyə Sadovyi vurğulayıb.
O bildirib ki, yanğının söndürülməsi davam edir. “Lvovda partlayış səsləri eşidilməkdədir. Şəhərin bəzi ərazilərindən tüstü görünür. Beş nəfərin öldüyü bildirilir”.
Sadovıy bildirib ki, Lvovun atəşə tutulması zamanı neft bazasında və zavodda yanğın başlayıb.
