Rusiya Daxili İşlər Nazirliyi ukraynalı jurnalist Dmitri Qordonu yenidən axtarışa verib.
Azpost.info TASS-a istinadən məlumat verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.
“Qordon Dmitri İliç ukraynalıdır, 21 oktyabr 1967-ci ildə anadan olub, doğulduğu yer: Kiyev, Ukrayna. Yenidən axtarışı elan edildi” – məlumat bazasında deyilir.
Hüquq-mühafizə orqanları izah ediblər ki, yeni cinayət işi başlananda şəxs yenidən axtarışa verilir. Hansı cinayət işindən söhbət getdiyi axtarış bazasında göstərilməyib.
2022-ci ilin martında İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Qordona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açıb.
Ukrayna telekanallarının birində canlı yayımlanan jurnalist nüvə silahından istifadə etməklə Rusiyaya qarşı silahlı hücuma çağırıb.
Bundan əlavə, o, açıq şəkildə Rusiya vətəndaşlarının məhv edilməsinə çağırış edib. 2022-ci il iyulun ortalarında Qordon axtarışa verilmişdi.