“Rusiya maddi məsuliyyət daşıyacaq və bu, hər kəsə ibrət dərsi olacaq”- Zelenski

“Rusiya əməllərinə görə cavab verməli, onun xaricdə dondurulmuş aktivləri Ukraynaya kömək etmək üçün müsadirə edilməlidir”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bu gün Estoniya lideri Alar Karislə Tallində keçirdiyi birgə mətbuat konfransında deyib.

“Rusiya təcavüzə görə maddi məsuliyyət daşıyacaq. Bu, həm də hər kəs üçün ibrət dərsi olacaq”, – Zelenski bildirib.

O, Ukraynaya verdiyi dəstəyə görə Estoniyaya təşəkkür edib, xüsusilə bu ölkədə ukraynalı hərbçilərin müalicəsi və reabilitasiyası ilə bağlı yardımı, həmçinin 12 hərbi yardım paketini qeyd edib.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.