“Rusiya müharibədə hər gün 1500 əsgərini itirir”-Ukrayna rəsmisi

Rusiya Ukrayna ilə müharibədə hər gün orta hesabla 1500 əsgərini itirir.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti öz hərbçilərini qırğına göndərib: “Bu, qırğındır. Hər gün 1500 rus əsgəri ölür”.

Aretoviç Rusiya Müdafiə Nazirliyinin 500 rus əsgərinin öldüyünə dair açıqlamasına da münasibət bildirib: “İtkilər dəhşətlidir. Düşünürəm ki, bu rəqəmə sıfır əlavə etmək və ikiyə vurmaq lazımdır. Peşəkar hərbçiyəm, amma rusların belə itkilər verəcəyini ağlıma gətirə bilməzdim”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya ordusu mülki hədəflərə qəsdən hücum edir” –

Sonrakı məqalə

Pandemiya intihar meyllərini əhəmiyyətli dərəcədə artırıb –