“Novaya Zemlya”dakı Rusiya sınaq poliqonu nüvə sınaqlarına başlamaq üçün tam hazırdır”.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Rusiya prezidenti tərəfindən müəyyən edildiyi kimi, biz belə sınaqlar keçirə bilərik, lakin ABŞ sınaqların keçirilməsi baxımından bu cür addımlardan çəkinərsə, biz onları keçirməyəcəyik”, – o deyib.
XİN rəsmisi “Novaya Zemlya”da sınaq meydançasının hazırlanmasını onunla izah edib ki, Birləşmiş Ştatlar da son bir neçə ildə bu sahədə infrastrukturun yaxşılaşdırılmasına diqqət yetirib.
Azpost.info