Rusiya oliqarxlarına və elitasına məxsus gizli bank hesabları dondurulur –
ABŞ, Fransa, Almaniya, İtaliya, Britaniya, Kanada və Avropa İttifaqı Rusiya hakimiyyətinə yaxın olan oliqarxların və elitanın gizli akitvlərini müəyyən etmək üçün qrup yaratmaq niyyətindədirlər.
Azpost.info bildirir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat verib.
“Biz bu həftə sanksiya altında olan şəxslərin və şirkətləri müəyyən etmək üçün transatlantik qrupu yaratma işinə başlayacağıq. Bu addım bizim maliyyə sanksiyalarımızın effektli həyata keçirilməsini təmin edəcək”-deyə bəyanatda bildirilir.
“Dünya liderləri həmçinin əlavə olaraq Rusiya məmurları və elitasına, onların ailə üzvlərinə qarşı sanksiyalar və digər maliyyə və məcburetmə tədbirləri tətbiq edəcək. Bu addımlar onların bizdə saxladıqları maliyyə aktivlərini müəyyən etmək və dondurmaq üçündür”.
