Rusiya ordusu Kiyevə hucum edib, döyüşlər gedir

kiyev herbciler

Ukrayna ordusu Kiyevin mərkəzində daha bir hücumun qarşısını alıb.

Bu barədə Ukrayna Quru Qoşunları “Facebook” səhifəsində məlumat yayıb. Şəhərin əsas arteriyalarından olan Qələbə prospektində Rusiya qüvvələrinin hücumu dayandırılıb. əməliyyatın təfərrüatları açıqlanmır.

Gecə ərzində Kiyevdə sağ sahil ərazisində partlayışlar eşidilib. Bu barədə UNİAN məlumat yayıb. Bildirilir ki, Şulyavka rayonu və zoopark yaxınlığında pulemyot səsləri gəlir. Ukrayna silaqhlı qüvvələri müqavimət göstərir.

Kiyevin Troeşina rayonunda 60 diversant ələ keçib. Bu barədə UNİAN agentliyi Xüsusi Dövlət Rabitə Xidmətinə istinadla məlumat yayıb.

Səhərə yaxın Rusiya ordusu Kiyevdə Beresteyskaya metro stansiyası ətrafındakı hərbi hissəyə hücuma keçib. Hərbi jurnalistlər B0331 saylı hərbi hissə ətrafında döyüş getdiyini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir