Yuri Prilipkonun sağ olduğu məlum olub.
Bu barədə Romanenko sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, yerli deputatlardan biri onunla əlaqə saxlayıb və Prilipkonun sağ olduğunu deyib. O, bir dəstə ilə yarım saat əvvəl Qostomeldə atəş altına düşüb. Bir nəfər həlak olub. Atəş davam edir.
***
Rusiya ordusu Ukraynanın Qostomel qəsəbəsinin ərazi vahidliyinin rəhbəri Yuri Prilipkonu evində güllələyib.
Azpost.info bildirir ki, bu barədə tanınmış ukraynalı politoloq Yuri Romançenko şahid ifadələrinə əsasən məlumat yayıb.
Onun sözlərinə görə, rus hərbçiləri başçının evinə daxil olaraq onu öldürüblər. “Hazırda Ukrayna ordusu Qostomel hava limanına girib və “Kadırov”çu qrupu qovur. Döyüşlər gedir”-deyə o bildirib.