Rusiya ordusu Xarkov və Volnovaxada hücumu bərpa edib

əsgər

 

Mariupol və Volnovaxada sakitlik rejimi başa çatdıqdan sonra Rusiya ordusu yenidən hücuma başlayıb.

Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konoşekov bildirib.

Konoşekov bildirib ki, sözügedən ərazilərdən heç bir mülki şəxs çıxa bilməyib. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 19.00) Rusiya silahlı qüvvələri əks hücuma başlayıb.

Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir