Rusiya ordusuna aid məxfi radiostansiyanı ABŞ-a göndərən azərbaycanlı həbs edildi

26 Yanvar 2020 - 20:35
Moskva polisi Rusiya ordusu üçün istehsal edilən radiostansiyanı ABŞ-a göndərən azərbaycanlını həbs edib.
Virtualaz.org xəbər verir ki, həmin şəxs Kaluqa şəhərinin Moskovski küçəsində, yaşadığı ünvanda tutulub.

Bildirilir ki, naməlum şəxs 2019-cu il martın 29-da ABŞ-a taxta yeşikdə bağlama göndərib. Moskvanın Kazan vağzalında gömrük əməkdaşları bağlamadan şübhələniblər və onu açanda Rusiya ordusu üçün nəzərdə tutulan, aviayönləndiricilərin istifadəsində olan “Varevo-1” daşınan radiostansiyasını aşkar ediblər. Hərbi təyinatlı avadanlığın qanunsuz yolla xaricə göndərilməsi faktı ilə bağlı araşdırma başladılıb və nəhayət bu günlərdə bağlamanı göndərən şəxs tutulub.

“Varevo-1” aviayönləndiricilər üçün portativ radiostansiyadır və onunla birbaşa təyyarənin göyərtəsi ilə əlaqə yaratmaq mümkündür. Bu avadanlıq hava zərbələri zamanı yerdən pilotlara hədəfi düzgün nişan almaqda kömək etmək üçün nəzərdə tutulur.