Rusiya öz ordusunu Gürcüstan, Ukrayna və Moldovadan çıxarmalıdır.
Azpost.info bildirir ki, bu sözləri NATO Baş katibi Stoltenberq keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya öz ordusunu Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. Bu ordu orada bu ölkələrin razılığı olmadan yerləşdirilib. Bu ölkələr vəziyyətin həlli üçün effektiv şəkildə əməkdaşlıq etməlidir“-deyə o vurğulayıb.
Baş katib etiraf edib ki, Rusiya ilə ciddi fikir ayrılıqlarının olmasını etiraf edib. O bildirib ki, məhz bu ziddiyyətləri həll etmək üçün dialoqu mühüm sayır.
Stoltenberq deyib ki, NATO “açıq qapılar” prinsipindən əl çəkməyəcək.