Rusiya Polşa şirkətinin Ukraynadakı müəssisəsinə hücum edib. AzPost bildirir ki, bu barədə Polşanın xarici işlər naziri bəyan edib. Rusiyanın PUA-ları Vinnitsadakı "Barlinek Group" zavoduna zərbə endirib. "Zavodun direktoru mənə məlumat verdi ki, zərbə üç tərəfdən qəsdən edilib. Yaralılar var, iki nəfər ağır yanıq xəsarətləri alıb. Ukrayna xidmətləri, o cümlədən konsulluğumuz hərəkətə keçir. Putinin cinayətkar müharibəsi sərhədlərimizə yaxınlaşır", - Sikorski yazıb. Barlinek şirkəti özü parket lövhələrinin istehsalı ilə məşğuldur.

AzPost.az