“Rusiya Prezidenti və Paşinyan tez-tez əlaqə saxlayır” –Putinin mətbuat katibi

“Ermənistan Baş nazirinin istefası öz şəxsi işidir və təxirəsalınmaz müzakirə tələb etmir”.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

O, Rusiya tərəfinin müxtəlif səviyyələrdə Ermənistanın hökumət başçısı ilə intensiv telefon söhbətlərinin olduğunu bildirib: “Birincisi, o istefa versə belə, yeni seçkilərədək vəzifəsinin icrasını davam etdirəcək. Buna görə də, Nikol Paşinyanın vəzifəsini tərk etməsi barədə qərarının təxirəsalınmaz müzakirəyə ehtiyacı yoxdur. O ki qaldı Rusiya Prezidentinin Paşinyanla telefon söhbətlərinə, onlar tez-tez əlaqə saxlayır. Müxtəlif səviyyələrdə mütəmadi müzakirə atmosferi mövcuddur”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə və Azərbaycan vətəndaşları pasportsuz səyahət edəcəklər” –

Sonrakı məqalə

Köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub –