“Rusiya Qarabağa dair üçtərəfli bəyanatla bağlı sözünün arxasındadır” –

LAVROV
17 Noyabr 2020 - 14:52

“Mən üç liderin (Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri-red) bəyanatından qopardılan hissənin interpretasiyasını şərh edə bilmərəm. Bu bəyanatda razılaşdırılan hər şey göstərilib. Bu və ya digər fəaliyyətdə olan şəxs tərəfindən bu bəyanatın üstünə əlavə olunanlar onun məsuliyyətidir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma ““Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ölkəsi üçün prioritet məsələdir” bəyanatının Qarabağla bağlı üçtərəfli razılaşmaya zərbə vurmur?” sualına cavab verən Rusiya XİN başçısı bildirib ki, ölkəsi hazırda imzalanan bəyanatın dəyişdirilməsi cəhdlərini görmür.

“Mən bu sözlərin arxasındayam. Rusiya bu sözlərin arxasındadır. Əgər düz başa düşürəmsə, Ermənistanda hazırda sadə olmayan müzakirələr gedir. 17 partiya birləşib ki, ölkələrinin maraqlarını dəstəkləsinlər. Onlar birmənalı olaraq bu bəyanatın həyata keçirilməməsi cəhdlərinə qarşı olduqlarını bildiriblər. Biz bundan çıxış edirik. Hər şeyi edəcəyik ki, belə cəhdlər baş verməsin və bütün hallarda uğurla nəticələnməsin”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (APA)