Rusiya SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqəsinə PUA zərbəsi endirdi

Rusiya qüvvələri iyulun 5-də Ukraynanın Nikolayev vilayətində, Odessa istiqamətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə iki dəfə zərbə endirib.

Bu barədə “Ukrainskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Nikolayevdən təxminən 30 kilometr məsafədə yerləşən Neçayane kəndindəki yanacaqdoldurma məntəqəsinə ilk zərbə saat 19:16-da, ikinci zərbə isə saat 19:33-də “Şahed” tipli pilotsuz uçuş aparatı ilə endirilib.

Mənbənin sözlərinə görə, iyulun 3-də monitorinq kanalları Rusiyanın logistika obyektlərinə, yük nəqliyyatına və yanacaqdoldurma məntəqələrinə qarşı kütləvi zərbələr endirməyi planlaşdırdığı barədə xəbərdarlıq yayıb. Potensial hədəflər arasında Nikolayev şəhəri və vilayətində fəaliyyət göstərən müxtəlif yanacaqdoldurma şəbəkələri, o cümlədən SOCAR kompleksi də olub.

Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinə dəymiş ziyanın həcmi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.