Rusiya sülhməramlı qüvvələri Xankəndinə daxil olub.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinqdə məlumat verib.
Onun sözlərinə görə, atəşkəs rejiminə əməl olunur.
“Sülhməramlı batalyonun 15-ci əlahiddə motoatıcı briqadası saat 17.00-da Xankəndinə daxil olub”-deyə o vurğulayıb.
Dağlıq Qarabağda və Laçın dəhlizində 10 müşahidə postu qoyulub.