Rusiya sülhməramlıları Ermənistanla Naxçıvan sərhədində post yaradıb

13 Noyabr 2020 - 22:06

Rusiya Sərhəd Xidməti Ermənistanda əlavə 5 sərhəd postu yaradıb.

Azpost.info bildirir ki, bu sözləri Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Putinin yanında müşavirədə bildirib.

“İki post Ermənistanın Naxçıvanla olan sərhəddindəki Erasx və Payrur Seyvakda, iki post Ermənistan və İran sərhəddində-Mehri və Sıqırda, beşinci post isə Texdə qurulub”-deyə o vurğulayıb.