Rusiya sülhməramlıları üçün Xocavənddə 4 yeni modul qəsəbə salınıb

01 Mart 2021 - 14:02

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları üçün daha 4 modul tipli qəsəbə salınıb.

Azpost. info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Modul kazarmalar Xocavənddə istismara verilib.

Hazırda sülhməramlılar üçün 8 modul qəsəbə salınıb.