Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana enib

17 Noyabr 2020 - 12:26

Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana enib.

 Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, İl-76 və An-124 təyyarələri ilə sutka ərzində 22 reyslə Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika göndərilib.

“Sutka ərzində Ulyanovsk-Vostoçnıy aerodromundan İl-76 və An-124 təyyarələri ilə 22 reys həyata keçirilib. Ermənistana zirehli transportyorlar, yük avtomobilləri, sisternli avtomobillər, ekskavatorlar və digər texnikalar daşınıb”, – deyə qeyd olunub.