“Rusiya Suriyada atəşkəslə bağlı razılaşmalara sadiq deyil”- Türkiyə Prezidenti

“Suriya münaqişəsi üzrə Rusiya ilə həm Astana, həm də Soçidə atəşkəs razılaşmaları əldə edilib. Rusiya bu razılaşmalara sadiq qalacağı təqdirdə, biz də razılaşmalara əməl edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin təəssüf ki, hazırda Rusiya nə Astana, nə də Soçi razılaşmalarına sadiqdir. Aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar çərçivəsində İdlibin bombalanmasını dayandırmağı tələb etmişik. Artıq səbrimiz tükənir. Bundan sonra lazım olan addımları atacağıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda iki Çin vətəndaşı həkim nəzarətinə götürülüb

Sonrakı məqalə

Azərbaycanda neçə nəfər müavinət və təqaüd alır?