Rusiya Suriyada beynəlxalq nəzarət altında təhlükəsiz zonanın yaradılmasına qarşı çıxıb

23 Oktyabr 2019 - 19:13

Rusiya Suriyanın şimal-şərqində beynəlxalq nəzarət altında təhlükəsiz zonanın yaradılmasına ehtiyac duymur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Soçidə əldə edilən razılaşmanın Suriyanın şimal-şərqindəki problemin həllinə imkan verəcəyinə inanırıq. Beynəlxalq nəzarət altında isə təhlükəsiz zonanın yaradılmasına ehtiyac görmürük”, – deyə S. Verşinin qeyd edib.

Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi Suriyanın şimal-şərqində Rusiya və Türkiyənin də iştirakı ilə beynəlxalq nəzarətin olduğu təhlükəsiz zonasının yaradılmasını təklif edib. ABŞ və NATO sözügedən təklifə müsbət yanaşdıqlarını bəyan edib.