“Rusiya Taliban hökumətinin ilk diplomatına akkreditasiya verib” – Lavrov

Rusiyada “Taliban”dan ilk diplomat akkreditasiya olunub.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Əfqanıstanın xarici işlər naziri ilə görüşü zamanı deyib. “Ötən ay yeni hakimiyyət tərəfindən göndərilən ilk əfqan diplomatı Moskvaya gəlib və bizim nazirlikdə akkreditasiya olunub”, – Lavrov bildirib. Onun sözlərinə görə, Əfqanıstanın yeni administrasiyası dövləti ayaqda saxlamağa nail olur. Lavrov qeyd edib ki, yeni hakimiyyət təkcə ölkənin müxtəlif etnik qruplarını, milli və dini azlıqları deyil, həm də siyasi qüvvələri təmsil etməlidir.

Azpost.info

Əvvəlki məqalə

Britaniya kəşfiyyatının rəhbəri: “Wagner” çox sayda personalını Ukraynaya göndərməyə hazırlaşır”

Sonrakı məqalə