Rusiya-Ukrayna arasında danışıqlar üzbəüz keçiriləcək –
Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Telegram-kanalda yazıb. Onun sözlərinə görə, görüş martın 29-30-da canlı keçiriləcək.
“Bu gün Ukrayna ilə videokonfrans vasitəsi ilə danışıqların növbəti raundu keçirilib. Martın 29-30-da şəxsən görüşmək qərara alındı”, – deyə Medinski yazıb.
