Rusiya-Ukrayna danışıqlarının vaxtı açıqlandı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov fevralın 26-da ABŞ nümayəndələri Stiv Vitkov və Cared Kuşnerlə görüşəcək.

Azpost.info bildirir ki, bu barədə RBC-Ukrayna xəbər verir.

Ukrayna prezidenti vurğulayıb ki, bu, ABŞ nümayəndələri ilə ilk ikitərəfli görüş olacaq.

“Birinci məsələ çiçəklənmə paketidir, yəni Ukraynanın bərpası paketidir və biz detalları müzakirə edəcəyik. İkinci məsələ isə Rusiya ilə keçiriləcək görüşdür. Martın əvvəlində keçiriləcək üçtərəfli görüşə hazırlaşacağıq”, – deyə o bildirib.

Bundan əlavə, Zelenski Umerovun mübadilənin detallarını müzakirə etmək vəzifəsi daşıdığını vurğulayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin mətbuat katibi isə jurnalistlərə bildirib ki, Umerovun amerikalı danışıqçılarla görüşü Cenevrədə keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.