Rusiya-Ukrayna danışıqlarının vaxtı və yeri məlum oldu

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu bu gün 15.00-da başlayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib. Onun sözlərinə görə, görüş Brest vilayətində baş tutacaq.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna nümayəndə heyətinin danışıqları uzatdığı qənaətindədir. Və belə düşünmək üçün əsasları var.

Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya danışıqlar zamanı Ukrayna və bütün Avropa üçün təhlükəsizlik təminatları məsələsini müzakirə etməyə hazırdır. Lakin onun fikrincə, Rusiya ilə Ukrayna arasında sülh sazişində Moskvanı təhdid edən silahların məhv edilməsi haqqında bənd mütləq olmalıdır. Lavrov əmin edir ki, Rusiyanın tələbləri minimaldır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Rusiya oliqarxlarını cəzalandırmaq üçün xüsusi qrup yaratdı –

Sonrakı məqalə

Azərbaycan Prezidenti Rüstəm Emoməlini qəbul edib