“Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək.”
Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Razılığa gəlmək və bu amansız müharibəyə son qoymaq onların ixtiyarındadır. Müharibə tezliklə bitməyəcək. Ukraynalılar, şübhəsiz ki, işğal olunduqlarına görə qəzəblidirlər. Lakin biz minlərlə əsgərin itirildiyinin şahidi olacağıq.”, – o deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmy Bryus isə ABŞ-ın danışıqlarda vasitəçi rolundan imtina edə biləcəyini deyib.