Rusiya Ukrayna Ordusunu mühasirəyə almağa cəhd edir –Britaniya kəşfiyyatı

Rusiya Ordusu Donetsk və Luqansk vilayətlərində Ukrayna qüvvələrini mühasirəyə almağa cəhd edir.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi “Tvitter”-də paylaşım edib.

Qeyd edilib ki, qüvvələrini cəmləşdirən Rusiya Ordusunun Mariupolun cənubundan və Xarkovun şimalından hücuma keçəcəyi gözlənilir. Bu zaman əsas məqsəd Donetsk və Luqansk istiqamətindəki Ukrayna Ordusunun bölmələrini mühasirəyə almaq olacaq.

Ukraynanın şimalında isə Rusiya qüvvələri əsasən mövqelərində qalır, Ukrayna ordusunun bölmələri əks-hücumlarla Rusiya qüvvələrinin yenidən qruplaşmasına mane olmağa cəhd edir.

Əvvəlki məqalə

Martın 28-də Xankəndiyə qazın verilməsi bərpa olunacaq –

Sonrakı məqalə

Deputat Şəkidə şəhid ailələrini ziyarət edib