Rusiya Ukraynadakı müharibədə itkilərini rəsmən açıqladı

Rusiya qoşunlarının xüsusi əməliyyatı başlayandan Ukraynanın hərbçiləri və millətçilərinin itkiləri 2870 nəfər, RF Silahlı Qüvvələri isə 498 nəfər təşkil edib.
RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Ukraynanın millətçiləri və hüquq-mühafizə orqanlarının hərbçiləri arasında itkilər var: 2870-dən çox ölü və 3700-ə yaxın yaralı var. Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir”, – deyə general jurnalistlərə bildirib.
Daha sonra nazirlik nümayəndəsi təəssüflə bildirib ki, xüsusi hərbi əməliyyatda iştirak edən rusiyalılar arasında da itkilər var:

“498 rus hərbçisi xidməti borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların ailələrinə hər cür köməklik göstərilir. 1597 yoldaşımız yaralanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu günə qədər Rusiyaya hansı şirkətlər sanksiya tətbiq edib? –

Sonrakı məqalə

BMT-də Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnamə qəbul etdi –