Rusiya Ukraynanın desant bazasını qanadlı raketlə vurdu –Yaşayış evləri yanır (VİDEO)

Rusiya ordusu Ukraynanın Jitomir vilayətindəki 95-ci desant briqadasının bazasını havadan raket zərbəsi ilə vurub.

Azpost.info bildirir ki, bununla bağlı video yayımlanıb.

Hava zərbəsi hərbi bazanın ətrafında olan yaşayış evlərində də dağıntılar törədib. Zərəçəkənlərin sayı məlum deyil.

İlkin məlumata görə, zərbə “Kalibr” qanadlı raketi ilə endirilib. Hazırda yaşayış evləri və xəstəxana yanır, xilasedicilər bacara bildikləri qədər mülki adamları xilas etməyə çalışır.

Şəhər meri Sergey Suxomlin bildirib ki, bomba yaşayış evinə düşüb, xəstəxana zərbədən pəncərələri qırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nə qədər davam gətirə biləcəyimiz barədə düşünmürük” –

Sonrakı məqalə

“Ford” şirkəti Rusiyada fəaliyyətini dayandırdı