Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Ukraynaya 40 qanadlı və ballistik raket, 580 dron atıb

User 20 Sentyabr 2025 - 12:02 (Last updated: 20 Sentyabr 2025 - 12:02)
zelenski01

Ukrayna gecə boyu Rusiyanın kütləvi hava hücumu altında olub. Düşmən 40 qanadlı və ballistik raketdən, təxminən 580 müxtəlif tipli drondan istifadə edib.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski öz Teleqram səhifəsində yaydığı məlumatda bildirib.

“Bütün gecəni səmanı qoruyan əsgərlərimizə və bu gün öz bacarıqlarını bir daha nümayiş etdirərək Ukraynanı qanadlı raketlərdən səmərəli şəkildə müdafiə edən F-16 pilotlarımıza təşəkkür edirəm”, – deyə Zelenski əlavə edib.

O bildirib ki, Dnepr şəhəri və ətraf rayonlar, Nikolayev, Çerniqov, Zaporojye, Poltava, Kiyev, Odessa, Sumı və Xarkov vilayətlərinin yaşayış məntəqələri hücuma məruz qalıb. “Düşmən infrastrukturumuzu, yaşayış məntəqələrimizi və mülki müəssisələrimizi hədəfə alıb. Dneprdə kasetli sursat daşıyan raket birbaşa hündürmərtəbəli binaya düşüb. Atəş nəticəsində onlarla insanın yaralandığı məlumdur. Təəssüf ki, 3 nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.

O diqqətə çatdırıb ki, hər bir belə zərbə hərbi zərurət deyil, dinc əhalini qorxutmaq və infrastrukturu məhv etmək üçün Rusiyanın düşünülmüş strategiyasıdır. “Məhz buna görə güclü beynəlxalq reaksiya lazımdır. Ukrayna sübut etdi ki, özünü və Avropanı müdafiə edə bilər, lakin etibarlı hava müdafiəsini yaratmaq üçün birlikdə hərəkət etməliyik: hava hücumundan müdafiəni gücləndirməli, silah tədarükünü artırmalı, Rusiya ordusuna və onu maliyyələşdirən sektorlara qarşı sanksiyaları genişləndirməliyik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34

xƏBƏR

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Noyabrın 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...
Read more about Bu günə olan valyuta məzənnələri
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.