Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi attaşeyə Ukraynaya Polşa vasitəsilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.
Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyyətçi batalyonların tərkibinə daxil olub.
Bildirilib ki, Ukraynaya gələn əcnəbi muzdlular Rusiya Ordusuna qarşı diversiya və hücumlar törədir və bütün bu hücumlar Qərbin Ukraynaya verdiyi silahlar – “Javelin”, NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir.
Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukraynaya gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: “Kiyevin milliyyətçi rejimi üçün Ukraynaya gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə düşünməyə çağırırıq”.