“Rusiya Ukraynaya hucum etsə “Şimal axını” kəmərinə icazə verilməyəcək” –

nuland

“ABŞ əmindir ki, Ukraynaya müdaxilə olunacağı təqdirdə Almaniya Rusiyanın “Şimal axını-2″ qaz kəmərinin buraxılışına icazə verməyəcək”. 

Azpost.info bildirir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland keçirdiyi brifinqdə bildirib: “Əgər Rusiya Ukraynaya müdaxilə etsə, “Şimal axını-2″ istismara verilməyəcək. Berlində verilmiş bəyanat bunu təsdiq edir”.

“Nə üçün bu qədər əminsiniz?” sualının cavabında Nuland bildirib ki, boru kəmərinə bu günə qədər Almaniyanın tənzimləyici orqanları tərəfindən sertifikat verilməyib. “Biz kəmərin “öl nöqtədən” tərpənməməsi üçün Almaniya ilə işləyəcəyik”-deyə Nuland vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir