Rusiya Ukraynaya “Kalibr” raketləri ilə zərbələr endirib –117 hərbi obyektini vurub (RƏSMİ)

Rusiya hərbi aviasiyası son sutka ərzində Ukraynanın 

Azpost.info bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Son sutka ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 117 hərbi obyektini vurub. Onların arasında altı komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, bir S-300 zenit-raket kompleksi, doqquz silah və sursat anbarı, iki yanacaq-sürtkü anbarı, həmçinin Ukrayna Silahlı Qüvvələrin bölmələrinin, millətçi qüvvələrinin 92 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi ərazi var ”, – deyə Rusiya MN sözçüsü vurğulayıb.

Rusiya həmçinin Ukrayna silahlı qüvvələrinin hərbi infrastrukturuna “Kalibr” raketləri ilə zərbələr endirib.

Bununla bağlı  Rusiya Müdafiə Nazirliyi raket zərbələrinin endirilməsi anının görüntüsünü yayımlayıb.

“Qara dəniz donanmasının kiçik raket gəmisinin ekipajı Ukrayna silahlı qüvvələrinin hərbi obyektlərinə 4 ədəd “Kalibr” qanadlı raketləri ilə zərbələr endirib. Dəqiq zərbə nəticəsində Jitomir vilayətinin ərazisində Ukraynanın silah və hərbi texnikanın olduğu arsenal məhv edilib”, – nazirlik bildirib.

Əvvəlki məqalə

“Türkiyə Ukraynaya daha çox “Bayraktar” verəcək” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu