“Rusiya Ukryanaya müdaxilə etsə görünməmiş sanksiyalarla üzləşə bilər” –ABŞ-ın vitse-prezidenti

“ABŞ Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər”.

Bunu ABŞ-ın vitse-prezident Kamala Harris “CBS News” telekanalına müsahibəsində deyib.

“Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk”, deyə Harris vurğulayıb.

Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, “konkret sanksiyalar” haqqında danışmaq niyyətində deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2022-ci ildə dünya ÜDM-i 100 trilyon dolları ötəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub