Rusiya və Ukrayna arasında ikinci görüş olacaq - Danışıqlar başa çatdı
Rusiya və Ukrayna nümayəndə heyətlərinin Belarus-Ukrayna sərhədindəki Qomel vilayətində keçirilən danışıqları başa çatıb. Tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, təxminən beş saat davam edən görüş “Pripyat” çayının sahilindəki "balıqçı evi" kod adlı gizli yerdə baş tutub.
Rusiya nümayəndə heyətinin rəhbəri, Putinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, bu müddət ərzində iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.
Vladimir Medinski bildirib ki, Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Polşa-Belarus sərhədində baş tutacaq. "Ən əsası, biz danışıqlar prosesini davam etdirmək barədə razılığa gəldik. Növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində baş tutacaq", - Medinski deyib.
Öz növbəsində, Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər spesifik həll yollarının təsvir olunduğu prioritet mövzular müəyyən ediblər.
Azpost.info
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...