Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və onun amerikalı həmkarı Lloyd Ceyms Ostin arasında telefon danışığı olub.
RİA -Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2022-ci il yanvarın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəfləri maraqlandıran təhlükəsizlik məsələləri müzakirə olunub”, – Rusiya MN-in məlumatında bildirilib.