“Rusiya və Ermənistanın münasibətləri strateji xarakter daşıyır”-

Putin açıqlama verdi
03 Oktyabr 2019 - 12:59

“Rusiya və Ermənistanın münasibətləri strateji xarakter daşıyır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Yerevanda baş nazir Nikol Paşinyanla görüşü zamanı deyib. Onun sözlərinə görə, bu əlaqələr son illərdə və onilliklərdə baş verən hadisələrə deyil, iki xalqın çoxəsrlik tarixinə dayanır.

Putin Yerevanda keçirilmiş Avrasiya İttifaqının iclasının nəticələrindən razı qaldığını deyib: “Təşkilat daxilində nəzərdə tutulmuş bütün razılaşmalar əldə edildi. Siz belə nəticəli iş üçün maksimum səy qoymuş adamsınız. Buna görə sizə təşəkkür edirəm”.