Rusiya və Türkiyə prezidentləri gələn həftə Soçidə görüşəcək

- Nələr müzakirə olunacaq?
17 Oktyabr 2019 - 16:32

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan gələn həftə Soçidə Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edəcəklər.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O xatırladıb ki, Rusiya Prezidenti türkiyəli həmkarı ilə bu yaxınlarda baş tutmuş telefon söhbətində “Sülh çeşməsi” əməliyyatının mümkün humanitar nəticələrindən narahatlıq ifadə edib və bu, dövlət başçılarının Soçi görüşünün başlıca mövzusu olacaq.

D.Peskov əlavə edib ki, prezidentlər, həmçinin ikitərəfli münasibətlərə dair digər məsələləri də müzakirə edəcəklər.