“Rusiya və Türkiyənin imzaladığı memorandum çətinliklə həyata keçirilir” –Şoyqu

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevin MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbulu zamanı Rusiya və Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatlarda birgə iştirakı barədə danışıb.

APA-nın xəbərinə görə, Rusiya Müdafiə naziri bildirib ki, son hadisələr, Soçidə aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, Rusiya və Türkiyə prezidentləri tərəfindən imzalanmış memorandum çətinliklə həyata keçirilir.

“Lakin görürük ki, bu, sülhün bərqərar olması, Suriyanın suverenliyinin qorunub saxlanması üçün yeganə üsuldur”, – deyə S. Şoyqu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yunis Səfərovun istintaqı başa çatıb –

Sonrakı məqalə

ABŞ İranın 25 korporasiyasına, bankına və fərdlərinə qarşı sanksiyalar tətbiq etdi