Rusiya və Ukrayna silahsız zonanın yaradılmasını müzakirə edib

Rusiya və Ukrayna münaqişə tərəflərindən heç biri tərəfindən nəzarət olunmayan silahsızlaşdırılmış zonanın yaradılmasını müzakirə ediblər.

Azpost.info bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat verib.

Məlumatda deyilir ki, döyüşdən sonra iki ordu arasında yerləşən bölgəni idarə etmək üçün mülki administrasiyanın yaradılması ehtimalı da müzakirə olunur. Bu administrasiyaya hər iki ölkənin nümayəndələri daxil ola bilər. Lakin tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar.

Ukrayna prezidenti Zelenski isə bildirib ki, Ukrayna və Rusiya istənilən atəşkəsin necə izləniləcəyini müəyyən edən sənəd üzərində razılığa gəlməyə yaxındırlar. O əlavə edib ki, ABŞ atəşkəsin monitorinqində aparıcı rol oynayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.