Rusiya xəstəxanalarında 400-dən çox azərbaycanlı koronavirusdan müalicə olunur

30 İyun 2020 - 16:03

Rusiyanın 15 regionunda 412 azərbaycanlı xəstəxanalarda yeni növ koronavirus infeksiyasından müalicə alır, onlardan 74-ü hazırda reanimasiyadadır.

Bu barədə “Report”un Rusiya bürosuna Rusiya Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, həmvətənlərimiz arasında ən çox yoluxanlar Murmansk və Moskvadadır.

Rusiya Federasiyasının 15 regionunda COVID-19 xəstəsi olan azərbaycanlıların statistikası belədir:

Samara – 9 nəfər (2 nəfər reanimasiyada)

Novosibirsk – 36 nəfər

Xantı-Mansi Muxtar Dairəsi, Nefteyuqansk şəhəri – 40 nəfər (6 nəfər)

Stavropol diyarı – 11 nəfər

Mari El Respublikası – 8 nəfər (1 nəfər)

Ulyanovsk – 4 nəfər

Kirov – 13 nəfər (2 nəfər)

Sankt-Peterburq – 41 nəfər (15 nəfər)

Murmansk – 105 nəfər (23 nəfər)

Moskva – 74 nəfər (13 nəfər)

Nijni Novqorod – 36 nəfər (8 nəfər)

Tver vilayəti – 9 nəfər

Kostroma vilayəti – 12 nəfər

Saxalin vilayəti – 7 nəfər (1 nəfər)

Dağıstan Respublikası – 7 nəfər (nəfər).