Rusiya xəstəxanalarında 400-dən çox azərbaycanlı koronavirusdan müalicə olunur
Rusiyanın 15 regionunda 412 azərbaycanlı xəstəxanalarda yeni növ koronavirus infeksiyasından müalicə alır, onlardan 74-ü hazırda reanimasiyadadır.
Bu barədə “Report”un Rusiya bürosuna Rusiya Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.
Bildirilib ki, həmvətənlərimiz arasında ən çox yoluxanlar Murmansk və Moskvadadır.
Rusiya Federasiyasının 15 regionunda COVID-19 xəstəsi olan azərbaycanlıların statistikası belədir:
Samara – 9 nəfər (2 nəfər reanimasiyada)
Novosibirsk – 36 nəfər
Xantı-Mansi Muxtar Dairəsi, Nefteyuqansk şəhəri – 40 nəfər (6 nəfər)
Stavropol diyarı – 11 nəfər
Mari El Respublikası – 8 nəfər (1 nəfər)
Ulyanovsk – 4 nəfər
Kirov – 13 nəfər (2 nəfər)
Sankt-Peterburq – 41 nəfər (15 nəfər)
Murmansk – 105 nəfər (23 nəfər)
Moskva – 74 nəfər (13 nəfər)
Nijni Novqorod – 36 nəfər (8 nəfər)
Tver vilayəti – 9 nəfər
Kostroma vilayəti – 12 nəfər
Saxalin vilayəti – 7 nəfər (1 nəfər)
Dağıstan Respublikası – 7 nəfər (3 nəfər).
