Rusiya XİN nümayəndəsi Britaniyalı naziri ələ saldı:"Haydı irəli, miss Trass!"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva çoxdan bəri Londonda gizlənən rus korrupsinerlərinin siyahısını Britaniyaya təqdim edib. 

Azpost.info bildirir ki, bu sözləri Britaniya XİN başçısı Liz Trassın rezonans doğurmuş bəyanatına cavabında deyib. Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Donbasa hucum olacağı təqdirdə Rusiyalı oliqarxların Londonda yerləşən mülklərinin müsadirə ediləcəyi ilə hədələyib.

Zaxarova bu hədəyə cavabı istehzalı olub: “Haydı, bir addım da geri qoyma, miss Trass! Sizə güvənirik. Britaniyanın hər hansı ötəri maliyyə maraqları demokratiya və azadlıqdan irəli ola bilməz”.

XİN nümayəndəsi əlavə edib ki, əgər Trass öz hədəsini reallaşdıra bilsə o tamamilə Rusiyanın “qarşılıqlı fəaliyyət” işarəsini ala bilər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur aktyor Leonid Kuravlovun vəsiyyətnaməsi məlum olub

Sonrakı məqalə

Kəlbəcərdə çovğun zamanı itkin düşən zabitin nəşi tapılıb