Suriyada müharibə başa çatıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bəyan edib.
Onun sözlərinə görə, yerli əhali artıq tədricən müharibədən sonrakı vəziyyətə öyrəşir. Lavrov deyib ki, hazırda ön planda ölkəyə kompleks humantiar yardımın təşkili və böhranın aradan qaldırılması üçün siyasi prosesin irəlilətməkdir: “Suriyada müharibə bitib. Ölkə tərdricən normal həyata qayıdır”.
XİN başçısı deyib ki, yalnız silahlı dsətələrin nəzarətində olan ayrı-ayrı ərazilərdə gərginlik qalmaqdadır. Söhbət İdlibdən və Fərat çayının şərq sahilindən gedir.