Rusiya yeni il gecəsi Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib

Ötən sutka ərzində Rusiya qoşunları Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib, həmçinin MLRS-dən 70-dən çox hücum həyata keçirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Çerniqov, Sumı, Kiyev, Xmelnitski, Donetsk, Zaporojye, Nikolayev və Xerson vilayətlərinin mülki infrastrukturu zərər çəkib. Mülki əhali arasında itkilər barədə məlumatlar dəqiqləşdirilir”, – Baş Qərargah qeyd edir.

Bundan əlavə, Rusiya ordusu İrana məxsus 13 ədəd Şahed-136 zərbə PUA-nı işə salıb. Məlumata görə, onların hamısı Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Əvvəlki məqalə

Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə keçib –

Sonrakı məqalə

Azərbaycanda 2023-cü ilin ilk körpəsi dünyaya gəldi